lundi 16 mai 2011

AZƏRBAYCANIN TƏMSİLÇİLƏRİ –ELDAR QASIMOV VƏ NİGAR CAMAL DUETİ DÜSSELDORF ŞƏHƏRİNDƏ 56-CI “EUROVISION” MÜSABİQƏSİNDƏ MÖHTƏŞƏM QƏLƏBƏ QAZANMIŞDIR


Almaniyanın Düsseldorf şəhərinin “Esprit Arena”sında 56-cı “Eurovision” mahnı müsabiqəsi başa çatmışdır. Azərbaycanı bu yarışmada təmsil edən Eldar Qasımov və Nigar Camal dueti 25 ölkənin iştirakı ilə keçən müsabiqənin final mərhələsində tarixi qələbə qazanmışdır. Təmsilçilərimizin ifa etdiyi “Runnung scared” mahnısı 43 ölkə tamaşaçılarının səsverməsi nəticəsində 221 xal toplamışdır. Müsabiqədə ikinci yeri İtaliya, üçüncü yeri isə İsveç tutmuşdur.


Müsabiqənin qaydalarına əsasən, “Eurovision-2012” yarışması Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcəkdir.

Aucun commentaire:

Enregistrer un commentaire